Kateqoriyasız

İlkin Muradov: “Hesab daha da başqa ola bilərdi”

Azərbaycan kubokun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə” doğma meydanda “Səbail”i 1:0 hesabı ilə məğlub edib. Oyunun ardından komandasının qələbə qolunu vuran İlkin Muradov görüş barəsində fikirlərini bildirib:

“Qol vurduğum üçün sevincliyəm. Ən əsası komandanın qələbəsidir. Rəqib qırmızı vərəqə aldıqdan sonra rahat oynaya bildik. Hesab daha da başqa ola bilərdi. Ümid edirəm ki, cavab oyununda bu epizodları axtarmarıq.  Cavab oyununa çox ciddi hazırlanmalıyıq. Oyunun sonlarında ayağımda bir problem oldu. Son bir neçə dəqiqəni zədəli oynamağa məcbur oldum. Ancaq çox şükür ki, ciddi bir şey deyil. Hər şey qaydasındadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43