18 Oktyabr 2021
Kateqoriyasız

“İlkin təəssüratlarım möhtəşəmdir” – “Sabah”ın yeni transferi

“Sabah”ın yeni transferi Xuan Kamara keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

İdmanxeberaz-ın məlumatına görə, 27 yaşlı futbolçu klubun saytına açıqlamasında komanda ilə məşqlərə başlamaq üçün səbirsizləndiyini deyib:

“Bura gəldikdən sonra gördüklərimə əsasən ilkin təəssüratlarım möhtəşəmdir. Bu gün yeni komanda yoldaşlarımla tanış olacam. Komandaya qoşulmaq, məşqlərə başlamaq üçün səbirsizlənirəm. Yeni mövsümün bizim üçün möhtəşəm olmasını istəyirəm”.

Qeyd edək ki, ispaniyalı vinger Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ramil Şeydayev: “Hər kəs Bakıdan razı qalacaq”

admin

Mahir Emreli zədələndi, əvəzlənməsini istədi

admin

“Qarabağ” bu gün İspaniyaya gedir

admin