Premyer Liqa

İlqar Qurbanov: “Bu barədə heç nə danışmaq istəmirəm”

“Gözəl oyun oldu. Yaxşı rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq, yaxşı oynadıq və qalib gəldik. Bizim üçün nəticə önəmli idi. Sevinirəm ki, qalib gəldik. Vacib olan 3 xalı qazandıq”.

Bu sözləri Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” matçından (0:4) sonra Ağdam klubunun futbolçusu İlqar Qurbanov idmanxeber.com saytına açıqlamasında deyib.

Təcrübəli müdafiəçi növbəti oyunlarda daha yaxşı nəticələr əldə edəcəklərini bildirib:

“Hazırda çempionluq üzərində gərgin mübarizə gedir. Amma biz bunu düşünmürük. Hər oyuna qələbə üçün çıxırıq. Çalışacağıq ki, növbəti oyunlarda qalib gəlib, çempion olaq”.

İ.Qurbanov milliyə çağırılmaması ilə bağlı ünvanladığımız sualı isə cavabsız qoydu. O, bununla bağlı danışmaq istəmədiyini bildirdi:

“Bu barədə heç nə danışmaq istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43