Ölkə futbolu

İlqar Qurbanov: “Rəqiblər bizə qarşı həvəsli hazırlaşır”

Topaz Premyer Liqasının XV turunda “Qarabağ” “İnter”i qəbul etdi.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma ev sahoblərinin qalibiyyəti ilə başa çatdı – 1:0

Oyundan sonra “Qarabağ”ın futbolçusu İlqar Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

– Oyun haqda fikirləriniz

– Oyun maraqlı keçdi. Rəqib yaxşı müdafiə olunurdu. İlk hissədə vurduğumuz qolu saxlaya bildik.

– Ən yaxın izləyicinizlə 8 xal irəlidəsiniz…

– Biz ötən mövsümdə də xal fərqinə fikir vermirdik. Əsas olan öz oyunumuzu oynamaq idi. Buna arxayn olmamaq lazımdı. 3 xallıq sistemdə 8 xallıq fərq heç nədi.

– Etiraf edək ki, çempionatda “Qarabağ”la başa-baş mübarizə aparıb yaxşı müqavimət göstərən komanda yoxdu…

–  Belə düşünmürəm. “Neftçi”yə də uduzduq. Rəqiblər bizə qarşı həvəsli hazırlaşır. Bunu oyun zamanı görmək olur. Hiss olunur ki, futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyir. Qrafikimiz də gərgindi. Bu gün də “İnter” oynamağa çalışırdı. Ağıllı şəkildə müdafiə olunurdular.

– Futbolçular açıqlama verərkən deyirlər ki, bütün komandalar bizə qarşı yaxşı hazırlaşır. Səncə bu nədən irəli gəlir? Səncə belə çətindi sizə qarşı oynamaq?

– Yəqin komandalara çəkinirlər. Amma bu açıq aydın görünür. Ən axrıncı oyunda belə “Neftçi”nin necə istəkli olduğunu gördünüz.

– Avroliqa barədə nə deyə bilərsən? Davam edə biləcəksinizmi?

– Çətin olacaq. Amma hər bir futbolçu istəyər ki, davam etsin. Qalib gəlməliyik növbəti mərhələ üçün. Çalışacağıq, əlimizdən gələni edəcəyik.

– Səncə, niyə Qurban Qurbanov sənə güvənmir və Maksim Medvedev oynayır sənin cinahında?

– Bu baş məşqçinin qərarıdı. Xüsusi bir şey yoxdu. Oturuşmuş heyətdi. Ehtiyac olanda əlimdən gələni etməyə hazıram.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43