Dünya futbolu

“İndi isə yenidən beyzbol izləməyə başlayın” – Zlatan MLS-lə vidalaşdı

Zlatan İbrahimoviç rəsmi Tvitter hesabından MLS liqası ilə sağollaşıb.  O, özünəməxsus tərzdə vida mesajı yazıb:

“Gəldim, gördüm, qalib gəldim. Mənə yenidən canlı hiss etdirdikləri üçün “Los Anceles Qelaksi”yə təşəkkür edirəm. Zlatanı istədiz, mən də sizə Zlatanı verdim. Dəyməz! Hekayə davam edir. İndi isə yenidən beyzbol izləməyə başlayın”.

İbrahimoviç 2018-ci ildən ABŞ-da oynayırdı. Onun karyerasını yenidən Avropada davam etdirəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43