“İnter” baş məşqçi Simone İnzaqi ilə müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssislə yeni müqavilə 2026-cı ilin yayına kimi qüvvədədi. Məşqçinin maaşı mövsüm başına 6,5 milyon avro və bonuslar olacaq.
Bu gəlirlə İnzaqi “Napoli”nin baş məşqçisi Antonio Konteni keçərək A Seriyasında ən çox maaş alan məşqçi ünvanına yiyələnəcək.
Qeyd olunur ki, “İnter” mütəxəssislə yeni müqavilə imzaladığını bu həftə açıqlayacaq.