Dünya futbolu

İnfantino açıqladı: Klublararası dünya çempionatında 32 komanda olacaq

2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında 32 komanda iştirak edəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino bildirib.

Qurum rəsmisi bu haqda açıqlama verib:

“2023-cü ilin fevralında Mərakeş 2022-ci ildə baş tutmalı olan klublararası dünya çempionatına ev sahibliyi edəcək. 2025-ci ildə isə 32 klubun iştirak edəcəyi yeni turnir keçiriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43