Dünya futbolu

İnfantino: “Dünya Çempionatında 48 komanda olacaq”

FİFA-nın prezidenti Canni İnfantino DÇ-dakı komandaların sayının artırılması ilə bağlı danışıb. O, hazırda 32 olan bu rəqəmin 48-ə yüsəldiyini bildirib:

“Dünya çempionatında 48 komanda iştirak edəcək. Yenilik 2026-cı ildə həyata keçəcək. Ancaq biz bunu 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatında da tətbiq edə bilərik. Bu barədə artıq danışıqlarımız olub. Əgər alınsa, 2022 DÇ-da 48 komanda iştirak edə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43