Kateqoriyasız

İngilis daha 1 il “Neftçi”də

“Neftçi” Futbol Akademiyasının direktoru Mik Benetlə müqavilə 1 il müddətinə artırılıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, fəaliyyəti rəhbərlik tərəfindən qənaətbəxş hesab edilən 56 yaşlı ingiltərəli mütəxəssis 2019/2020-ci illər mövsümünün sonunadək bu vəzifəni yerinə yetirəcək.

Son mövsümdə “Neftçi” Futbol Akademiyasının U-15 və U-12 komandaları qızıl, U-13 və U-10 gümüş, U-19, U-17 və qızlardan ibarət U-13 komandası isə bürünc medal qazanıb. U-16 komandası mövsümü 5-ci pillədə bitirib. U-11 və U-14 isə 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin “Bolton Uonderers”, “Vulverhempton Uonderers”, “Kembric Yunayted”, “Preston Nort End”, “Karlayl Yunayted” və Finlandiyanın “Koparit” klublarında oynayıb. Məşqçi kimi İngiltərənin “Bolton Uonderers” U-12 – U18 (1999-2010), “Yovil Taun”un akademiyası (2010-2011), “Uiqan Atletik” U-16 (2011-2012), “Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və “Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Oxşar xəbərlər

İlk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda

admin

Bernard Şalland: “Nəticədən narazı deyiləm”

admin

“Liverpul” – “Barselona” oyunu hansı kanallarda?

admin