İdman

İngilis şərhçilərə problem yaradan “Qarabağ”ın futbolçuları haqda UEFA yazı dərc etdi

UEFA-nın rəsmi saytı öz saytında maraqlı yazı dərc edib.

İdmanxeber.com-un məlumatına görə, qitənin futbol qrumu ingilis şərhçilərə oyunları şərh edərəkən müəyyən yol göstərib. Yazıda bəzi futbolçuların adlarını tələffüz edərkən diqqətli olmaları qeyd olunub. Söhbət ad və soyadı çətin oxunan futbolçulardan gedib. UEFA həmçinin onu da bildirib ki, hər komandada bu cür ad və soyadı olan futbolçulara rast gəlmək mümkündü.  Eləcə də “Qarabağ”da. Hətta təmsilçimizlə bağlı bölümdə əksər futbolçuların adlarının problemli olduğu vurğulanıb. Klubun adının “Kara bach” kimi tələffüz olunması diqqətə çatdırılıb. 

UEFA iki oyunçu – İbrahim Şehiç və Yakub Jezniçakı daha çətin soyadlı futbolçu hesab edib. Bu üzdən onların necə səsləndirməyi də nümunə göstərib. İngilislərə bu oyunçuların ad-soyadını “Şey-iç” və “Ya-kub Jez-ni-çak” kimi hecalara bölmək tövsiyə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43