“Sauthempton”un müdafiəçisi Romain Perro “Betis”in futbolçusu olub.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı fransızla 2029-cu ilə qədər müqavilə imzalanıb. O, 2021-ci ildən “Sauthempton”da çıxış edir.
Romain komandanın heyətində 60 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib. Ötən mövsüm müdafiəçi icarə əsasında “Nitsa”da çıxış edib.
“Transfermarkt” portalı onun dəyərini 5 milyon avro qiymətləndirir.