Dünya futbolu

İngiltərə nəhəngi 20 yaşlı futbolçu alır

“Atalanta”nın müdafiəçisi Giorgio Skalvini “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, MY-nın skautları A seriyasında son oyunlarda 20 yaşlı italiyalının oyununu diqqətlə izləyir. Amada Diallo və Rasmus Hoylund transferindən sonra klublar bir-biri ilə yaxşı münasibətdədir.

A Seriyasının cari mövsümündə Skalvini “Atalanta”nın heyətində 16 oyun keçirib, 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43