Dünya futbolu

İngiltərədə növbəti irqçiliq – Rahim Sterlinqe qarşı

İngiltrə Premyer Liqasının növbəti turunda qarşı-qarşıya gələn “Çelsi” – “Siti” matçında qonaqların futbolçusu Rahim Sterlinqə qarşı irqçi davranış olub.

“Çelsi” komandasının azarkeşləri oyunboyu gənc futbolçunun qaradərili olduğunu vurğulayaraq ona təhqirlər yağdırıb.

Qeyd edək ki, iki tur öncə  “Arsenal” – “Tottenhem” matçında da bənzər hadisə baş vermişdi. Qonaq komandanın azarkeşləri “Topçular”ın oyunçusu Obemiyanqa banan qabağı ataraq ona qarşı irqçilik etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43