Dünya futbolu

İngiltərədən Bakıya azarkeş ordusu gələcək

“Topçular” BOS-da dəstəksiz qalmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”la Bakıda qarşılaşacaq “Arsenal” komandası stadionda dəstəksiz qalmayacaq. Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi açıqlamada bildirib. O, London klubunu dəstəkləmək üçün İngiltərədən 500-ə yaxın azarkeş gələcəyini söyləyib.

Qeyd edək ki,  oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçına artıq 20 min bilet satılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43