Dünya futbolu

İngiltərəli futbolçu 140 milyona satıla bilər

“Vest Hem” kapitanı Deklan Raysa qiymət qoyub.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik yarımmüdafiəçini 140 milyon avro qarşılığında satmağa hazırdır.

Futbolçunun xidmətində “Arsenal”, “Liverpul”, “Çelsi” və “Mançester Siti” kimi klublar maraqlıdır.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43