Ölkə futbolu

İngiltərəli hücumçu “Şamaxı” ilə anlaşdı

“Şamaxı” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ingiltərəli hücumçu Morqan Ferrier bölgə klubu ilə razılığa gəlib. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.

29 yaşlı oyunçu növbəti mövsüm “Şamaxı”da çıxış edəcək. O, cümə günü Azərbaycana gələrək tibbi baxışdan keçəcək. 

Morqan Ferrierin son klubu İsrailin “Hapoel” (Akka) komandası olub. Forvard meydana çıxdığı 11 matçda 5 qol vurub.

Hücumçu karyerası ərzində “Nottinqem Forrest” (18), “Uotford” (18) kimi komandalarda çıxış edib. 

Morqan “Arsenal”ın gənclər komandasının da üzvü olub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43