Ölkə futbolu

“İngiltərənin ən güclüsü “Mançester Siti”di” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer “Mançester Siti”ni İngiltərənin ən güclü komandası hesab edir. Norveçli mütəxəssis bu barədə “şəhərlilər”ə uduzduqları Premyer Liqanın XXXI turdan təxirə salınmış oyundan (0:2) sonra bildirib. O, Pep Qvardiolanın gördüyü işi qeyri adi-adlandırıb:

“İngiltərənin ən güclü komandası “Mançester Siti”di. Son 2 mövsümdə səviyyəni xeyli qaldırdılar. İndiyə qədər neçə xal topladıqlarını heç saymamışam da. Qvardiolanın futbolçularla gördüyü iş qeyri-adidi. Eyni şəhərin komandası olduğumuz üçün bunu hər gün hiss edə bilirik”.

35 oyunda 89 xal toplayan “Mançester Siti” Premyer Liqada vahid liderdi. “Mançester Yunayted” isə 64 xalla 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43