Kateqoriyasız

“İngiltərə millisini heç vaxt çalışdırmaram”

Uels millisinin baş məşqçisi Kris Koleman Uels xaricində heç bir ölkəni çalışdırmağa isti baxmır.

İdmanxeber.com-un verdiyi məlumata görə, o, İngiltərə millisində işləyib-işləməyəcəyi ilə bağlı sualı cavablandırarkən bunları deyib:

“Mən sonuna qədər uelsliyəm. İngiltərə millisini heç vaxt çalışdırmaram. İşləyəcəyim yeganə milli komanda Uelsdir. Bundan başqasını düşünmərəm”.

Qeyd edək ki, Roy Hocsonun istefasından sonra İngiltərə millisində baş məşqçi vəzifəsinə namizədlər sırasında Kolemanın da adı yer alır.


mənbə: goal.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43