Dünya futbolu

İngiltərə millisinin baş məşqçisi korrupsiyaya görə istefaya göndərildi

İngiltərə Futbol Assosiasiyası Sem Ellardaysı İngiltərə yığmasının baş məşqçisi vəzifəsindən istefaya göndərib.

“Qafqazinfo”nun məlumatına görə, o, korrupsiya qalmaqalına görə postundan uzaqlaşdırılıb. Bu barədə “The Daily Mail” nəşri yazıb.

Qeyd olunur ki, İngiltərə yığmasının 67 gün baş məqçisi olan 61 yaşlı mütəxəssis korrupsiya faktı sübut olunsa, 10 ilə qədər azadlıqdan məhrum oluna bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43