Dünyadan

İngiltərə nəhəngi “Real”ın hücumçusuna göz dikdi

Yeni mövsümde hücum xəttini gücləndirmək istəyən “Arsenal”ın hədəfində “Real”ın (Madrid) fransız hücumçusu Kərim Benzemadır.

İdmanxeber.com-un məlumatına görə, “Kral” klubuna təklif göndərmək üçün Çempionlar Liqasının finalını gözləyən “topçular” bu transferə görə 30 milyon avrosoundan keçməyə hazırdı.

“Real”la növbəti mövsümün sonuna qədər müqaviləsi olan təcrübəli futbolçu 34 oyunda iştirak edib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan öncə “Arsenal” “Real” in daha bir üzvü Məsud Özili heyətinə qatmağı bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43