Dünya futbolu

İngiltərə Premyer Liqası: “Arsenal”dan uğursuz start

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib.

İlk oyun gününə 7 qarşılaşma nəzərdə tutulub.

Mövsümün açılış matçı Liverpulda keçirilib. Burada yerli komanda "Stok Siti" ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb. Günün son qarşılaşmasında "Suonsi" və "Mançester Yunayted" komandaları üz-üzə gəliblər. Matç 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qeyd edək ki, I tura avqustun 19-da keçiriləcək "Mançester Siti" – "Nyukasl" oyunu ilə yekun vurulacaq.

 


 

17 avqust

İngiltərə Premyer Liqası, I tur

"Liverpul" – "Stok Siti" – 1:0
Qol:
 Staric, 37 (1:0)

"Vest Hem" – "Kardiff" – 2:0
Qollar:
 Koul, 13 (1:0), Nolan, 76 (2:0)

"Sanderlend" – "Fulhem" – 0:1
Qol:
 Kasami, 52 (0:1)
 
"Norviç" – "Everton" – 2:2
Qollar:
 Vittaker, 51 (1:0), Barkli, 61 (1:1), Koleman, 65 (1:2), Volfsvinkel, 71 (2:2)
 
"Arsenal" – "Aston Villa" – 1:3
Qollar:
 Jiru, 5 (1:0), Benteke, 22 (1:1), 62-pen (1:2), Luna, 85 (1:3)
 
"Vest Bromviç" – "Sauzhempton" – 0:1
Qol:
 Lambert, 90-pen (0:1)
 
"Suonsi" – "Mançester Yunayted" – 1:4
Qollar:
 Van Persi, 34 (0:1), Uelbek, 36 (0:2), Van Persi, 72 (0:3), Vilfrid, 82 (1:3), Uelbek, 90 (1:4)

 

18 avqust

"Kristal Palas" – "Tottenhem"
 
"Çelsi" – "Hall Siti"


19 avqust

"Mançester Siti" – "Nyukasl"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43