Dünya futbolu

İngiltərə Premyer Liqası: “Mançester Siti” qələbə qazandı, “Everton” xal itirdi NƏTİCƏLƏR

İngiltərə Premyer Liqasında III turun oyunları keçirilib.

Növbəti oyun günündə daha 6 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə “Hall Siti” ilə qarşılaşan “Mançster Siti” rəqibini iki cavabsız qolla məğlub edib – 2:0. “Nyukasl” klubu isə evdə “Fulhem”ə yeganə qolla qalib gəlib – 1:0.

Qeyd edək ki, III tura bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.

31 avqust

İngiltərə Premyer Liqası, III tur

“Mançester Siti” – “Hall Siti” – 2:0

Qollar: Neqredo, 65 , Ture, 90 

“Kardiff Siti” – “Everton” – 0:0

“Vest Hem” – “Stok Siti” – 0:1

Qol: Pennant, 82 

“Norviç” – “Sauzhempton” – 1:0

Qol: Redmond, 68 

“Nyukasl” – “Fulhem” – 1:0

Qol: Ben Arfa, 86 

“Kristal Palas” – “Sanderlend” – 3:1

Qollar: Qabbidon, 9 , Fletçer, 64 , Qayl, 79-pen , O’Kifi, 90 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43