Dünya futbolu

İngiltərə Superkubokunun vaxtı dəyişdirildi

İngiltərə Superkuboku uğrunda “Arsenal” – “Çelsi” qarşılaşmasının vaxtı dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, oyun 1 saat tez başlayacaq. Bu isə o deməkdir ki, qarşılaşmanın start fiti avqustun 6-da 17:00 deyil, Bakı vaxtilə 16:00-da səslənəcək.

“The Times” nəşrinin məlumatına görə, bu qərar qadınlardan ibarət İngiltərə millisinin Avropa çempionatının finalına yüksəlmək ehtimalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43