İdman

İnqilab Məmmədov cəzalanacaqmı? – Dəqiqləşdi

Xəbər verdiyimiz kimi, AZAL – "Qəbələ" matçından sonra qonaqlar görüşün baş hakimi İnqilab Məmmədovun idaərçiliyindən narazı qalıb.

İdmanxeber.com-un məlumatına görə, hətta klub bununla bağlı etirazını AFFA Hakimlər Komitəsinə və PFL-ə bildirib. Lakin etibarlı mənbədən bizə daxil olan məlumatda bildirilir ki, İnqilab Məmmədovun idarəçiliyində hər hansı bir nöqsan tapılmayıb. 

Məhz buna görə də, onu hər hansı bir cəza gözləmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43