21 Sentyabr 2024
Dünya futbolu

“İnsanlar 5:0 hesabı ilə qalib gələcəyimizi gözləyirdilər” – Pep Qvardiola

Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, dünən “Mançester Siti” səfərdə “Leypsiq”lə ilk oyununu (1:1) keçirib. Görüşün ardından “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola qarşalışma barədə bunları deyib:

“Leypsiq” bizi hücum etməyə, irəli çıxmağa məcbur edirdi. Ancaq buraxılan qoldan sonra 15-20 dəqiqə yaxşı oynadıq. Ümumi baxanda komandam pis çıxış etmədi. Bu, yoldaşlıq oyunu deyil. “Leypsiq”in mübarizəsini görürsünüz. İnsanlar 5:0 hesabı ilə qalib gələcəyimizi gözləyirdilər. Bu, real deyil. Bəli, biz yaxşı komandayıq. Amma təəssüf ki, 4:0 hesabı ilə qalib gələ bilmədik. Rəqiblərə hörmətlə yanaşmaq lazımdır.

Əgər beş əvəzetmə hüququm varsa, bu o demək deyil ki, hamısından istifadə etməliyəm. Mən nə etməli olduğuma qərar verəcək qədər yaxşı məşqçiyəm. Meydanda, xüsusən də yarımmüdafiədə gördüklərimdən kifayət qədər razı qaldım”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43