Dünya futbolu

“İnter”ə görə çempion komandadan imtina etdilər

Çin superliqasının hazırkı qalibi “Szyansu Sunin” klubu fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

İdmanxeber.az “Sky Sports”a istinadən xəbər verir ki, sözügedən komandanı maliyələşdirən “Suning Commerce Group” şirkəti ona məxsus olan bütün klubların ləğvi barədə qərar verib.

Milanın “İnter” klubu da onun tabeliyindədir. Məlumata görə, şirkət futboldakı digər bütün aktivlərini ləğv edərək bundan sonra əsas diqqətini məhz “İnter”ə yönəltmək niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43