Dünya futbolu

“İnter” 20 milyona müdafiəçi aldı

“İnter” “Nitsa” ilə Dalbertin transferini 20 milyona razılaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, bu gün müdafiəçi Milanda tibbi müayinədən keçdikdən sonra “İnter”lə müqavilə imzalayacaq.

Dalbertin məvacibi ildə 1,1 milyon avro olacaq. Onunla müqavilənin müddəti tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Dalbert  “Atletiko” və “Liverpul”dan aldığı daha cəlbedici təklifləri rədd edərək yalnız A Seriyasında oynamağı üstün tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43