Ölkə futbolu

“İnter” 2015-ci ilə darmadağınla başladı – VİDEO

Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün ilk yoxlama matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər” ilk sınaq matçında Türkiyənin aşağı liqa təmsilçisi “İnegölspor”la qarşılaşıb. Oyun “İnter”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Sxadadzenin komandasının qollarını Nizami Hacıyev, Əfran İsmayılov, Yohan Bokonyano, Asif Məmmədov vurub.

Qeyd edək ki, Türkiyə II liqasının qırmızı qrupunda mübarizə aparan “İnegölspor” 17 turdan sonra 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

8 yanvar

Yoxlama oyunu

19:00. “İnegölspor” (Türkiyə) – “İnter” (Azərbaycan) – 1:4

Qeyd: Həmin matçın videoyazısına aşağıdakı videoda baxa bilərsiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43