Ölkə futbolu

“İnter” “Aktobe”yə qarşı

Məlumat verdiyimiz kimi, hazırda “İnter” Türkiyədə  təlim-məşq toplanışı keçirir.

Bu gün komanda plana uyğun olaraq iki dəfə məşq etdi.

Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra qapıya zərbələr üzərində çalışdılar.

Axşam məşqindəsə komanda müxtəlif taktiki tapşırıqları yerinə yetirdi. Məşq prosesi ikitərəfli oyunun keçirilməsilə başa çatdı.

Xatırladaq ki, “İnter” sabah növbəti yoxlama matçını keçirəcək. Təmsilçimizin rəqibi Qazaxıstanın “Aktobe” klubu olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 19.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43