Ölkə futbolu

“İnter Arena”da işıqlar söndü

Azərnaycam Premyer Liqasının III turu çərçivəsində keçirilən “İnter” – “Səbail” matçında maraqlı hadisə yaşanıb.

İdmanxeber.com-un “İnter Arena”da olan əməkdaşının verdiyi məlumata görə, matçın son dəqiqələrində arenanın işıqlandırma sistemində problem yaranıb. Bu səbəbdən qarşılaşmanın baş hakimi İnqilab Məmmədov oyunda fasilə elan edib. Təxminən 4 dəqiqə dayanan görüş qaldığı yerdən davam edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43