Kateqoriyasız

“İnter” argentinalı forvardla yeni müqavilə imzaladı

İtaliyanın “İnter” klubu hücumçusu Lautaro Martineslə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçunun sözləşməsinin müddəti 2026-cı ilin iyununadək uzadılıb. 24 yaşlı forvardın Milan təmsilçisi ilə əvvəlki sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi.

Lautaro Martines “İnter”ə 2018-ci ilin yayında ölkəsinin “Rasinq” klubundan keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43