Ölkə futbolu

“İnter” artıq Lüksemburqdadı – FOTO

“İnter” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirəcəyi səfər matçı üçün Lüksemburqa yollanıb. İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi artıq matçın oynanılacağı məkana çatıb. Baş məşqçi Zaur Svanadze sabah oyunöncəsi son məşqini keçəcək və ardından komanda qarşılaşmanı gözləyəcək.

Qeyd edək ki, “Fola” – “İnter” matçı iyulun 20-də keçiriləcək. Bu komandalar arasında “Dalğa Arena”da baş tutan ilk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43