04 Avqust 2020
Ölkə futbolu

“İnter” artıq vətəndədir

Yanvar ayının 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “İnter” artıq vətəndədi.

Dünən “bankirlər” toplanış çərçivəsindəki son oyununda Almaniyanın “Arminiya” klubuyla qarşılaşdı və 2:2 hesablı bərabərliyə razılaşdı. “İnter”in heyətində Vaqif Cavadov və Baçana Tsxadadze fərqləniblər.

Xatırladaq ki, Türkiyə toplanışı çərçivəsində “İnter” 6 yoxlama matçı keçirdi. Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Holşteyn Kil” (0:3), Qazaxıstanın “Aktobe” (1:1), Almaniyanın “Zeyts” (2:0) və Braziliyanın “Uniao” (3:1) klubu komandamızın rəqibi oldu.

Əlavə edək ki, Kaxaber Sxadadzenin yetirmələri yanvarın 28-də “Şəfa” stadionunda toplaşaraq AZAL ilə oyununun hazırlıqlarına start verəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Pantiç məharətini göstərdi – VİDEO

admin

“Xəzər Lənkəran” oyunöncəsi məşqə ciddi itkilərlə çıxdı

admin

“Qarabağ” Türkiyədə top qovan futbolçunu transfer etdi – FOTO+VİDEO

admin