Ölkə futbolu

“İnter” avrokuboklara vəsiqə qazandı

Ölkəmizi avrokuboklarda təmsil edəcək daha bir klubun adı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, paytaxtın “İnter” klubu da avrokuboklara vəsiqəni əldə edib. Buna səbəb “Neftçi”nin ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni dayandırması olub. Azərbaycan kubokunun finalında “Qarabağ” və “Qəbələ” qarşılaşacaq və hər iki komanda avrokuboklara vəsiqəni təmin edib.

Komanda çempionatda ilk 4 pilləni qarantiləyib və bu səbəbdən onların avrokuboklara vəsiqəsi rəsmiləşib.

Avrokuboklara son vəsiqə uğrunda “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43