İdman

“İnter” Avroliqanın qrupuna düşsə, “Neftçi” qapıçısız qalacaq?

Bildiyiniz kimi, "İnter"in qolkiperi Səlahət Ağayev yeni mövsümdən "Neftçi"nin şərəfini qoruyacaq. Lakin "İnter"də transfer qadağası olduğu üçün heyətə yeni qapıçı transfer edə bilmir və bu səbəbdən də qarşılıqlı razılığa görə Səlahət Ağayev Avroliqa oyunlarında "bankirlər"in heyətində çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, S.Ağayev "İnter"in Avroliqadakı taleyindən aslı olmayaraq, avqustun 1-dən etibarən "Neftçi"nin düşərgəsinə yollanacaq. Burada da sual yaranır ki, "İnter" uğurlu çıxışını davam etdirib, qrup mərhələsinə yüksəlsə, qapıçı problemi necə həll ediləcək?

Məsələ ilə bağlı "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. O, hazırda bu suala cavab vermək üçün tez olduğunu bildirdi:

"Səlahətin "Neftçi"yə gedəcəyi dəqiqdir. Hələ bu barədə danışmaq tezdir. Qrupa düşək, sonra baxarıq. Buna cavab verməyə çətinlik çəkirəm".

Deməli, "İnter" Avroliqanın qrupuna düşsə, çox güman ki, Orxan Sadıqlı ilə mübarizəyə davam edəcək. Hələlik "İnter" tərəfi bu barədə düşünmür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43