Ölkə futbolu

“İnter” Avstriya klubunu “top atəşi”nə tutdu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” Avstriya təlim-məşq toplantısı çərçivəsində yoxlama görüşündə qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, Bank klubu yerli “Buxşaxen” komandası ilə qarşılaşıb. “İnter” Avstriyanın dördüncü divizionunda çıxış edən bu komandanı darmadağın edib – 5:0.

“Bankirlər”in heyətində Mirzağa Hüseynpurun dubla imza atdığı görüşdə digər qolları Baçana Sxadadze, Arif Daşdəmirov və Dieqo Madriqal fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43