Ölkə futbolu

“İnter” “Ayaks”ın yetirməsi ilə müqavilə imzaladı: hollandiyalı futbolçu paytaxt klubunda ilk seçimini etdi – RƏSMİ

Bakının “İnter” klubunun “Ayaks”ın yetirməsi Yussuf Feniclə müqavilə bağlayacağı haqda sizə öncədən də məlumat vermişdik.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hücumameyilli yarımmüdafiəçi ilə artıq müqavilə imzalanıb. 1993-cü il təvəllüdlü oyunçu ilə 3 illik sözləşmə imzalanıb. 

Ərəb məşəli hollandiyalı futbolçu “Ayaks”, “Zvolle”, “Herenven” kimi klublarda top qovub. 

Fenic paytaxt klubunda “22” nömrəli forma altında çıxış edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43