Premyer Liqa

“İnter”-AZAL – Statistika

Premyer Liqanın 3-cü turunun qarşıdan gələn "İnter"-AZAL  görüşü hər iki komanda üçün sayca 21-ci olacaq.

 
 Bunadək komandalar bir-birilə 20 dəfə qarşılaşıb, 18 oyun çempionat çərçivəsində keçirilib və 2 matçi sə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 5 dəfə məğlub edə bilib, AZAL isə 4 qələbəyə malikdir. 20 oyunun 11-i heç-heçə ilə başa çatmışdı.  Vurulan topların fərqi AZAL-ın xeyrinədir-14:12.
 
                   Komanda     O      Q       H     M Toplar
                      “İnter”    20       5       11      4  12-14
                       AZAL    20       4       11      5  14-12
 
 Komandalar ilk dəfə 2005-ci ilin dekabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 0:0  hesabıyla başa çatıb. “İnter” və AZAL qarşıdurmasında ilk qolun müəllifi niqeriyalı  hücumçu Laki İdaxor olub.
 
 Xatırlardaq ki, ötən mövsümdə komandalar iki dəfə qarşılaşıblar və hər iki oyun 0:0 hesablı  heç-heçə ilə başa çatıb. "İnter”-AZAL oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 20 görüşün 7-də qeydə alınıb. "İnter"-AZAL qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 5:0 hesabıdır. 2010-cı ildə AZAL komandamızı  məhz bu hesabla udmuşdu.
 
 Bunadək komandaların keçirdiyi oyunların cədvəlini sizin diqqətinizə çatdırırıq:
 
Mövsüm
Oyun
Hesab
Qollar müəllifləri
2005/06
“Olimpik”-“İnter”
0:0
2005/06
“İnter”-“Olimpik”
1:0
22' Laki İdaxor
2006/07
“İnter”-“Olimpik”
0:0
2006/07
“Olimpik”-“İnter”
1:0
55' Fabio Luis Ramim
2007/08
“Olimpik”-“İnter”
1:0
61' Junivan Suares
2007/08
“İnter”-“Olimpik”
2:0
29' X.Məmmədov, 90+2' P.Zlatinov
2008/09
“Olimpik”-“İnter”
1:1
86' L.Qomeş-29' A.Məmmədov
2008/09
“İnter”-“Olimpik”
1:0
59' D.Assioli
2009/10
“İnter”-AZAL
2:2
78' G.Karlsons, 84' A.Rubin- 5'     R.Qoqinaşvili, 50' A.Doroş
2009/10
AZAL-“İnter”
0:1
47' G.Karlsons
2010/11
AZAL-“İnter”
5:0
49' 79' V.İgbekoi, 69' G.Yuşka, 76' N.Kvirtiya, 82' V.Qarayev
2010/11
“İnter”-AZAL
1:1
61' P.Zlatinov- 70' G.Yuşka
2010/11
AZAL-“İnter”
1:0
45' İ.Bliznyuk
2010/11
“İnter”-AZAL
0:0
2010/11
“İnter”-AZAL(k)
0:0
2010/11
AZAL-“İnter”(k)
0:1
2' D.Odikadze
2011/12
AZAL-İnter”
1:1
49' G.Bogü-87' V.Levin
2011/12
“İnter”-AZAL
1:1
10'T.Şütz- 54' S.Zərgərov
2012/13
AZAL-İnter”
0:0
2012/13
“İnter”-AZAL
0:0
 
Azərbaycan çempionatında AZAL-a qarşı keçirilən  ev  oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 9 qarşılaşmada komandamız 3  dəfə rəqibini məğlub etməyi bacarıb. Qalan 6 matç isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi “İnter”in xeyrinə dir-8:4.
 
Qeyd edək ki, "İnter"-AZAL matçı avqustun  18-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43