“İnter”in aparıcı futbolçularından biri Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib.
-Asif, İnter mövsümü 2-ci pillədə başa vurdu. Bu nəticəni necə dəyərləndirə bilərsiniz?
-Mövsümə yaxşı başlamadıq, ancaq yekunu yaxşı dəyərləndirmək olar. Startda bir neçə uğursuz oyunlarımız oldu. Heç kim inanmırdı ki, birinciliyə bu gədər yaxın olacağıq. Bizə göstərilən dəstəyə görə, “İnter” PİK-ın rəhbərliyinə və azarkeşlərə böyuk minnətdarlığımı bildirirəm. Birliyimiz sayəsində 2-ci yeri tutduq.
-Bəs mövsüm ərzində çıxışınızdan razı qaldınız?
-Bu mövsüm keçən illə müqayisədə o qədər də çıxış etmədim. Amma ümümilikdə pis deyildi.
-İki həftəlik istirahətdən sonra komanda yenidən bir araya gəldi və ilk toplanış əsasən fiziki hazırlıqdan ibarətdir. Türkiyə toplanışı barədə nə deyə bilərsəniz ?
-Hazırlıq plana uyğun gedir, gündə üç dəfə məşq edirik. Bu toplanışda da əsas fiziki hazırlığa güc verilir. Hər şey öz yolundadır.
-İrəlidə komandanı Avropa Liqasının oyunları gözləyir. Necə düşünürsünüz, “İnter” bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcək?
-Bizim əsas məqsədlərimizdən biri Avropa Liqasının oyunlarına vəsiqə qazanmaqdan ibarətdir. Biz də bunun öhdəsindən gəldik. Bundan sonrakı məqsədimiz öz üzərimizdə işləməklə avrokubok turnirində heç olmasa 3 mərhələdən keçməkdir. Düşünürəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək. Hər şey özümüzdən asılıdır.
-Artıq “İnter”in ilk mərhələdəki bütün potensial rəqibləri bilinir. Maraqlıdır, komandamıza hansı ölkədən olan rəqibin düşməsini istərdiniz?
-Rəqibin kimliyindən asıllı olmayaraq biz hazır olmalıyıq. Avropa Liqasında asan rəqib yoxdur. Düzdür, komandamızda yeni oyunçular az deyil, amma birliyimiz və əhval-ruhiyəmiz bizi qələbəyə doğru aparacağına inanıram.