Ölkə futbolu

“İnter” “Bakı” üçün başladı

Azərbaycan Premyer Liqasının 14-cü turunda "Bakı" ilə qarşılaşacaq "İnter" klubu bu oyunun hazırlıqlarına start verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iki günlük istirahətin ardından komanda məşqlərə başlayıb.

Gürcüstanda aldığı zədə üzündən bir müddət meydançadan uzaq düşən Matiya Şpiçiç artıq komandayla birgə məşq edir. "İnter"in hücumçusu Baçana Sxadadze isə fərdi qaydada məşqlərə başlayıb.

Qeyd edək ki, noyabrın 29-da "Bakı" – "İnter" oyunu saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43