Kateqoriyasız

“İnter” bu gün yoxlama oyununa çıxır, sabah vətənə qayıdır

“İnter”in Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, dünən “bankirlər” növbəti məşqini keçirib. Saat 10:00-da başlayan çalışmalarda futbolçular əvvəlcə isinmə hərəkətləri yerinə yetiriblər. Daha sonra komanda üzvləri topla müxtəlif hərəkətləri yetirib. Sonda futbolçular iki komandaya bölünərək futbol oynayıblar.

Qeyd edək ki, “İnter” bu gün qardaş ölkədə ilk yoxlama görüşünə çıxacaq. Rəqib Türkiyənin aşağı divizion təmsilçilərindən biri olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43