Ölkə futbolu

“İnter” bu xəbərlə sarsıldı

Premyer Liqada 8-ci tura srağagün start verildi və “İnter” səfərdə “Xəzər Lənkəran” üzərində minima lhesablı (1:0) qələbə qazandı.

“Bankirlər” cari mövsümdə ikinci qalibiyyəti əldə etsələr də, bir aparıcı oyunçunu itirdilər. Belə ki, qarşılaşmanın 58-ci dəqiqəsində simulyasiya etdiyi üçün sarı vərəqə alan Baçana Sxadadze bununla cəzalı duruma düşüb. Çünki buna qədər gürcüstanlı forvardın passivində 3 sarı vərəqə var idi. O, 3, 5 və 7-ci turların ikinci hissəsində də sarı vərəqə almışdı. Bu da o deməkdir ki, Baçana 9-cu turda “Sumqayıt”la səfər matçında iştirak edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43