Dünya futbolu

“İnter” Çalhanoğludan narazıdı – səbəb

“İnter” komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun davranışından narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçunun agentlərinin “Bavariya” ilə danışıq aparmasıdı. Lakin milanlılar bu yay futbolçunu satmağı planlaşdırmayıb. Yarımmüdafiəçinin özü Münhen klubuna keçməkdə israrlıdır.

Ötən mövsüm 30 yaşlı Çalhanoğlu 42 matça çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “İnter”lə müqaviləsi 2027-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43