İdman

“İnter” çempionluğu “Qarabağ” və “Bakı”ya satıb: moldovalı futbolçudan ŞOK etiraflar

Moldova millisinin sabiq oyunçusu İvan Testimitsianu Azərbaycanda "İnter"də oynadığı dövrlər barədə şok açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, o, ölkəsinin mətubatına verdiyi açıqlamada 2008/2009-cu il mövsümündə komandası "İnter"in çempionluğu satdığını bildirib:

“Demək olar ki, bütün çempionat boyu biz  “Bakı” klubu ilə turnir cədvəlinin ilk pillələrində bərabər addımlayırdıq. Bizim “Bakı”dan 1, ya 2 xallıq üstünlüyümüz vardı. Onda onlara ilk oyunda 3:1 qalib gəlmiş, ikici matçda 0:1 hesabı ilə uduzmuşduq. Yaxşı kollektivimiz vardı və kubokun finalına vəsiqə qazanmışdıq. Azərbaycana gedəndə demişdim: mən çempion olmaq və arzumu gerçəkləşdirmək istəyirəm. Amma sonradan elə alındı ki, məni, Oleq Şişkini və Valentin Belkeviçi  – hansı ki, komandanın aparıcı oyunçuları idi – son 4 oyunda heç bir səbəb göstərmədən iştirak ərizəsinə salmadılar. Bildiyimə görə, o vaxt klub rəhbərliyinin borcu vardı. Ona görə də onları sadəcə, çempionluğu satdılar. Mən buna görə hiddətləndim, hətta klubun idman direktorunun yanına da getdim. Xahiş etdim ki, müqavilə ilə mənə çatacaq pulu ödəsinlər və beləlillə, vətənə qayıtdım. Sonra poçtla mənə gümüş medal göndərdilər. Amma mən qəlbimdə özümü Azərbaycan çempionu sayıram. Ölkə kubokunun finalına da televiziyada baxdım və sadəcə, güldüm. Çünki onlar finalı da satmışdılar. Oleq Şişkin oyundan sonra mənə zəng vurmuşdu, qəzəbli şəkildə dedi: “Vanya, bu, biabirçılıqdı”.

Qeyd edək ki, 2008/09-cu ildə Azərbaycan çempionu “Bakı”, kubokun qalibi isə “Qarabağ” olub. Ağdam klubu finalda “İnter”ə 0:1 hesabı ilə qaib gələrək kuboku başı üzərinə qaldırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43