Ölkə futbolu

“İnter” daha bir Superliqa klubuna qarşı

“İnter” daha iki komanda ilə qarşılaşmağı planlaşdırır

İdmanxeber.com-un məlumat verdiyi kimi, “İnter” növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.

İyul 22-də “İnter” Türkiyə təmsilçisi Elazığspor” ilə görüşəcək. 

Oyun Bakı vaxtıyla saat 19.00-da başlayacaq.

Komanda toplanış çərçivəsində daha iki rəqiblə qarşılaşmağı planlaşdırır. İyulun 24-də “İnter” Türkiyənin Superliqa komandası – “Gənclərbirliyi” ilə üz-üzə gələcək. Növbəti gün “bankirlər” daha bir yoxlama matçını keçirməyi planlaşdırır. Bu dəfə paytaxt klubunun Gürcüstanın “Kolheti Poti” komandasıyla qarşılaşacağı gözlənilir.

Hər iki oyunun vaxtı barədə məlumat veriləcək.

Qeyd edək ki, “İnter” Vətənə iyulun 26-da qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43