01 Oktyabr 2024
Kateqoriyasız

“İnter” – “Elfsborq” matçı üçün satışa çıxarılacaq biletlərin sayı və qiyməti məlum oldu – RƏSMİ

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında “İnter” iyulun 17-də İsveçdə “Elfsborq”un qonağı olacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu komandalar arasında bir həftə sonra Bakıda baş tutacaq oyun üçün 3 min biletin satışa çıxarılması gözlənilir.

İyulun 24-də “Şəfa” stadionunda baş tutacaq cavab oyunu üçün satışa çıxarılacaq biletlərin qiyməti 1 manat olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43