Dünya futbolu

“İnter” Hakanla bağlı rəsmi açıqlamaya hazırlaşır

“İnter” yaxın vaxtlarda yarımmüdafiəçi Hakan Çalhanoğlu ilə müqavilənin uzadılmasını rəsmən elan edəcək.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq yeni sözləşmə barədə razılığa gəliblər.

Çalhanoğlu 2021-ci ildə “İnter”ə keçib.

O, 2022/23 mövsümündə komandanın heyətində bütün yarışlarda 45 matçda 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

29 yaşlı türkiyəli oyunçunun hazırkı müqaviləsi 2024-cü ilə qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43