Kateqoriyasız

“İnter” İaşvili və Məmmədovla qazandı

“İnter” Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb. 

“Bankirlər”  “Lokomotiv”in bazasında Rustavi “Metallurq”u ilə qarşılaşıb və qələbə qazanıb – 2:0. Qolları Asif Məmmədov və Aleksandr İaşvili vurub. “İnter” dünən keçirdiyi yoxlama matçında da 2:0 hesablı zəfərə sevinmişdi. Sxinvali “Spartak”ının qapısına Mirsahib Abbasovla Samir Zərgərov yol tapmışdı. Bank təmsilçisi Tiflisdəki hazırlığını yekunlaşdırıb və komanda bu gecə Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43