26 Noyabr 2022
İdman

“İnter” “Keşlə” adlanacaq (RƏSMİ)

“Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq, “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəçiliyə götürüb və Premyer Liqada, Avropa Liqası oyunlarında iştirakını təmin edib”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Zaur Axundov deyib. Paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri klubun rəsmi saytına açıqlama verib.

O, “İnter”in adının dəyişdiriləcəyini təsdiqləyib: “Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Bununla əlaqədar olaraq, klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq, “Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır. Belə ki, baza Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər oyunlarımıza gələrək, komandaya dəstəklərini nümayiş etdirəcəklər”.

Axundov vurğulayıb ki, hüquqi prosedurlar başa çatana qədər “Keşlə” FK adından brend olaraq istifadə edəcəklər: “Prosedurlar yekunlaşdıqdan sonra klub tam olaraq “Keşlə” adı ilə fəaliyyət göstərəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Gənclərimizin oyunu canlı yayımlanacaq

admin

Cüdoçumuz ölkəmizə ikinci qızıl medalı qazandırdı

admin

Antalya toplanışı: 3 hakimimiz iş başında oldu

admin