Kateqoriyasız

“İnter” klubu bəyanat yayıb

“İnter” klub saytı vasitəsilə bəyanat yayıb.

İdmanxeber.com sizi həmin bəyanatla tanış edir:

“İnter” rəhbərliyi bildirir ki, klub yeniliklərə açıq olması ilə həmişə fərqlənib və komandanın inzibati strukturunda aparılacaq istənilən dəyişikliklər klubun ümumi inkişaf strategiyasına olunmuş müəyyən dəyişikliklərlə bağlıdı. Buna görə də nəzərinizə çatdırmaq istəyirik ki, cari ilin noyabr ayında “İnter”də komandanın idman direktorunun da vəzifələrini əhatə edəcək idman məsələləri üzrə yeni rəhbər şəxs fəaliyyətə başlayacaq. Komandanın inzibati heyətindən ayrılacaq şəxslərin adları da həmin yeni fəaliyyətə başlayacaq rəhbər şəxsin kadr siyasətinin istiqamətlərindən asılı olacaq.

“İnter”in rəhbərliyi xüsusilə vurğulamaq istəyir ki, klubun inkişaf məsələləri daim diqqət mərkəzindədi və inkişafa töhvə verəcək istənilən əməkdaşlarla bundan sonra da işləməyə razı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43